Milli Məclisin plenar iclasında çıxış edən millət vəkili Qüdrət Həsənquliyev bu gün bir çox ölkələrdə, o cümlədən Azərbaycanda Sevgilililər Gününün qeyri-rəsmi qeyd edildiyini xatırladıb. SİA-nın xəbərinə görə, millət vəkili buna baxmayaraq, bütün sevgilililəri, xüsusən gəncləri bu gün münasibətilə təbrik edib.
Daha sonra o bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il üzrə illik məruzə ilə bağlı danışıb. Q.Həsənquliyev deyib ki, ölkədə bələdiyyələrin statusu artırılmalıdır: "Bakı Şəhər Bələdiyyəsinin yaradılmasına böyük ehtiyac var. Bu, beynəlxalq təşkilatların da tələbidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB