Gəncə şəhərində yeni avtovağzal kompleksinin inşası davam etdirilir. SİA-nın bölgə müxbirinin məlumatına görə, artıq işlərin müəyyən bir hissəsi yekunlaşmaq üzrədir. Ümumilikdə avtovağzal kompleksi üçün 5 ha torpaq sahəsi ayrılıb. Sərnişinlərin rahatlığını təmin etmək məqsədi ilə ərazidə iaşə, ticarət obyektləri, müasir kafe, gözləmə zalı və mehmanxananın yaradılması nəzərdə tutulur. Bina üç mərtəbədən ibarət olacaq. Tikilinin ətrafında isə taksi parkı salınacaq. Uzaqmənzilli avtobuslar üçün texniki qulluq mərkəzi yaradılacaq.
Qeyd edək ki, tikili istifadəyə tam hazır olduqdan sonra yeni sərnişindaşıyan müasir avtobusların gətirilməsi də planlaşdırılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB