Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı İnternet Provayderi Bakcell şirkəti "Daha yaxın olaq" fəlsəfəsinə sadiq qalaraq özünün diler mağazaları şəbəkəsini bir qədər də genişləndirir.
Ölkənin regionlarında diler şəbəkəsinin möhkəmləndirilməsi və genişləndirilməsi məqsədi ilə Bakcell Astara və Ağdam rayonlarında yeni mağazalarını müştərilərin istifadəsinə verdi. Şəhər mərkəzlərində yerləşən mağazalar Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək. Xarici və daxili görünüşünlərini tərtibatındakı yenilik, eyni zamanda göstərilən xidmətlərin çeşidi ilə müştəriləri sevindirəcək. Mağazalarda telekommunikasiya sahəsinin yenilikləri, yeni növ planşetlər, telefonlar və hər bir müştərinin tələbatlarını qarşılayacaq məhsullarla təchiz olunub.
Azərbaycanın bütün regionlarının əhatə edən və daim genişləndirilən diler mağazaları əhaliyə yaşadıqları ərazidən asılı olmayaraq ən yüksək səviyyəli xidmət göstərmək məqsədi ilə daim çalışır.
Sərhədyanı bölgələri daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti bu zonanın əhalisinin tələbatlarının öyrənilməsi və gözləntilərin yüksək səviyyədə qarşılanmasını hər zaman əsas tutur. Bu baxımdan, yenicə istifadəyə verilən və bütün texnoloji yenilikləri özündə cəm edən mağazanın açılması Bakcell-in müştəri loyallığına çox gözəl nümunədir.
Bu gözəl fürsəti siz də qaçırmayın! Bakcell-in yeni mağazasına gəlin və onun təqdim etdiyi yeniliklərdən faydalanın.
^^^
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB