Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumun ikinci günü gənclər Azərbaycanın dilbər guşələrindən biri olan İsmayıllı rayonuna səfər ediblər. ASAİF-dən SİA-ya verilən xəbərə görə, gəzintidə ümumilikdə 44 ölkədən 400 nəfər gənc iştirak edib.
İlk olaraq ASAIF-in sədri Ramin Həkimov düşərgədə iştirak edən gəncləri salamlayıb, onlara xoş istirahət arzulayaraq, hər bir gənci fəal olmağa çağırıb. Düşərgə müddətində gənclər müxtəlif mövzularda diskussiyalarda iştirak edib və müxtəlif intellektual oyun yarışları keçiriblər.
Qeyd edək ki, 18 avqust tarixində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) 10cu ənənəvi Bakı Forumu keçirilib. Tədbirdə nazir müavinləri, deputatlar, ali məktəb rektorları iştirak ediblər. Sonda ASAIFin seçkili orqanlarına seçkilər keçirilib. Seçki prosesində təşkilatın Mərkəzi Nəzarət Təftiş Komissiyası, Katibliyi formalaşıb. Ramin Həkimov növbəti 2 il üçün ASAİF-in yeni sədri seçilib.
Xatırladaq ki, forumun rəsmi tərəfdaşı Azərbaycan Gənclər və İdman Nazirliyidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB