Milli Qəhrəman Sərxan Ocaqverdiyevin doğum günüdür. Sərxan Surxay oğlu Ocaqverdiyev 1967-ci il iyulun 16-da Goranboy rayonu Səfikürd kəndində anadan olub. O, 1992-ci ilin yanvarında Goranboy özünümüdafiə batalyonuna daxil olub, Şəfəq, Zeyvə, Tapqaraqoyunlu kəndlərinin müdafiəsində fəal iştirak edib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etməklə ad çıxarıb, 1992-ci il mayın 5-də Talış kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub.
Səfikürd kəndində dəfn edilib. Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır, Goranboy şəhərində büstü qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB