Milli Qəhrəman Sərxan Ocaqverdiyevin doğum günüdür

16 İyul 2012 14:04 (UTC+04:00)

Milli Qəhrəman Sərxan Ocaqverdiyevin doğum günüdür. Sərxan Surxay oğlu Ocaqverdiyev 1967-ci il iyulun 16-da Goranboy rayonu Səfikürd kəndində anadan olub. O, 1992-ci ilin yanvarında Goranboy özünümüdafiə batalyonuna daxil olub, Şəfəq, Zeyvə, Tapqaraqoyunlu kəndlərinin müdafiəsində fəal iştirak edib, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etməklə ad çıxarıb, 1992-ci il mayın 5-də Talış kəndi uğrunda döyüşdə qəhrəmancasına həlak olub.

Səfikürd kəndində dəfn edilib. Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır, Goranboy şəhərində büstü qoyulub.