“Erkən nikahlar və onların fəsadları” adlı seminara yekun vuruldu

“Erkən nikahlar və onların fəsadları” adlı seminara yekun vuruldu

"Erkən nikahlar və onların fəsadları" mövzusunda seminarın ikinci mərhələsi keçirilib. Bu gün Gənclər və İdman Nazirliyi tərəfindən 18 iyun – Azərbaycanda İnsan Hüquqları gününə həsr olunmuş "Erkən nikahlar və onların fəsadları"adlı 3 günlük seminarın ikinci mərhələsi keçirilib. SİA-nın məlumatına görə, tədbirin ikinci mərhələsi erkən nigahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılmasına həsr olunub.

Tədbirdə qoyulan əsas mövzular erkən nigahın nəticəsində gənclərə mənəvi, fiziki və psixi sağlamlığına zərərlərin dəyməsi və erkən nigahın uşaq hüquqlarınının pozulması haqqında olub. Tədbirin ikinci mərhəlisində sosiologiya elmləri üzrə fəlsəfə doktoru, "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı bildirib ki, erkən nikah yeniyetmə qız və oğlanların həyatlarında bəzi ciddi fəsadlar yaradır.

Bunlardan ən dəhşətlisi də təhsil hüquqularının pozulmasıdır. Yeniyetmə qızlar ailə həyatı quran kimi həyat yoldaşının təzyiqinə məruz qalaraq dərhal təhsil aldıqları məktəbi atır və ya aldıqları təhsil səviyyəsini zorla başa vurur. Bu gün gündəmdə olan faktlara və statistikaya əsasən ailəli qızların yalnız iki faizi təhsilini davam etdiə bilir. Orta təhsili yarımçıq qoyaraq erkən yaşda ailə quran yeniyetmələr gələcəkdə mənfi nəticələrlə üzləşib boşandıqda və ya təhqirlərə, zorakılığa məruz qaldıqda təhsilsiz olduqları üçün çarəsiz qalırlar.

"Üfüq" Gənclər İctimai Birliyinin sədri Nahid Quliyev erkən nigahın gənclərin mənəvi, fiziki və psixi sağlamlığına zərəri haqqında videoçarx təqdim edərək bildirib ki, erkən nikahlara vaxtından tez təhrik olunanlar çox ciddi sağlamlıq priblemlərinə məruz qalır. Hətta, yeniyetmə qızlarını erkən yaşda ailə qurmağa təhrik edən valideyinlər bəzən gənc ana və onun körpəsinin ölümünə səbəb olur. Yeniyetmə anaların doğuş zamanı ağırlaşma ehtimalı daha yüksək olduğundan həm ananın, həm də uşağın ölümü ilə nəticələnə bilər.

Qeyd edək ki, seminarın sonunda iştirakçılar qrup halında təşkil etdikləri kiçik bir ailə verlişi ilə erkən nikaha qarşı olduqlarını və yetkinlik yaşına çatmamış qızın vaxtından əvvəl ailə həyatı qurmasına qarşı olduqlarını nümayiş etdirib.

Sonda fəal iştirakçılar hədiyyələrlə mükafatlandırılıb.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə