Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi \"Şərq Tərəfdaşlığının iqtisadi aspektlərinə\" dair qətnamə qəbul edib. SİA-nın xəbərinə görə, qətnamədə Azərbaycana dair bir sıra məsələlər əks olunub. Belə ki, Avropa İttifaqı qanunvericilik sisteminə yaxınlaşmaq istiqamətində Azərbaycanın səylərini və nailiyyətlərini təqdir edirbu yaxınlarda yeni Gömrük Məcəlləsini və Tikinti Məcəlləsinin qəbul edilməsini alqışlayır.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü Dərin və Hərtərəfli Azad Ticarət Zonalar Sazişinə dair danışıqların başlanması və Aİ-Azərbaycan ticarət əlaqələrinin yüksək səviyyəyə çatdırılması üçün ilkin zəruri şərt olduğunu vurğulayır. Qeyd edir ki, Azərbaycanın iqtisadi strukturu Azərbaycan hökumətinə Ümumdünya Ticarət Təşkilatına və Dərin və Hərtərəfli Azad Ticarət Zonaları Sazişinə üzvlüyü üçün güclü motivasiya rolunu oynamır. Vurğulayır ki, hər bir halda Dərin və Hərtərəfli Azad Ticarət Zonalar Sazişi yalnız iqtisadi mənfəət yox, eyni zamanda, yerli iqtisadiyyatın həddən artıq neft ixracatından asılılığından azad olmasına kömək edə bilər. Azərbaycan hökumətini ÜTT-ə üzvlük üçün təkidlə cəhdlərini artırmağa və bu məqsədlə Avropa İttifaqına Azərbaycana lazımı köməklik göstərilməyə çağırır.

Azərbaycanın ötən il gözəçarpan iqtisadi tərəqqisini yüksək qiymətləndirir. Amma qeyd edir ki, neft sektoru Azərbaycanın ümumdaxili məhsulun 50%, ixracatının 95 % və büdcə gəlirinin 60%-i təşkil edir. Bu isə Azərbaycan iqtisadiyyatını neftin qeyri-sabit qiyməti və beynəlxalq tələbatındakı bütün dəyişiklikləri qarşısında zəiflədir. Bu məqsədlə Azərbaycan hökumətini ölkə iqtisadiyyatını şaxələndirmək üçün səmərəli və ardıcıl ölçülər götürməyə çağırır.
Kənd təsərrüfatı istehsalının rəqabətliliyini artırmaq üçün Azərbaycanın potensialının olmasını xatırladır və Azərbaycan hökumətinə Aİ-nin və digər ölkələrin sanitariya və fitosanitariya tələblərinə uyğun olaraq, iqtisadiyyatını şaxələndirməsi istiqamətində və Aİ-ə ixracında bu sahənin potensial vacibliyini nəzərə almağı məsləhət görür. Azərbaycan hökumətini korrupsiya və sosial iğtişaşa səbəb ola biləcək sosial bərabərsizliklə həqiqi mənada mübarizə ilə məşğul olmağa, kommersiya fəaliyyətinin maliyyələşdirilməsi üçün imkanları genişləndirməyə çağırır. Bununla da ölkə iqtisadiyyatı daha rəqabətli və xarici sərmayə üçün daha cəlbedici olacaq.
Bütün şərtlər yerinə yetirildiyi təqdirdə Dərin və Hərtərəfli Azad Ticarət Zonalar Sazişinə dair gələcək Aİ-Azərbaycan Asossiyasiya Sazişinin iqtisadi komponentinin təşviqini güclü dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə