Türkiyənin Ədirnə bölgəsində daşqın olub

Türkiyənin Ədirnə bölgəsində daşqın olub
Türkiyənin Ədirnə bölgəsində daşqın olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yağan güclü yağış şəhərdən keçən çayın daşmasına səbəb olub. Nəticədə yolları su basıb. Avtomobillər yollarda hərəkətsiz qalıb. Sakinlər avtomobillərin üstünə çıxaraq xilasediciləri gözləməli olublar. Yollarda qalan 26 sakini 2 saatdan sonra sel sularından xilas etmək mümkün olub.
Sel suları bəzi evlərin zirzəmisinə də dolub.

Bütün xəbərlər Facebook səhifəmizdə