Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissələrində 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, tədbirlər çərçivəsində DSX aparatında 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər bildiriblər ki, ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz səsini ucaldan, haqq-ədalətin bərqərar edilməsini istəyən, azadlıq, müstəqillik uğrunda şərəfli mübarizə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin keçirdiyi bu terror aktını xalq təkcə hüzn hissi ilə deyil, həm də böyük fəxarət hissi ilə qeyd edir.
Mərasimdə xüsusi vurğulanıb ki, o qanlı hadisəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək mətbuat konfransı keçirib və hadisəyə siyasi qiymət verib. Bu qətiyyətli mövqe respublikanın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə olub.
Tədbirin sonunda "Qanlı yanvara aparan yol" adlı film nümayiş etdirilib və 20 Yanvar faciəsi ilə əlaqədar təşkil edilən sərgiyə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB