İqtisadi İnkişaf Nazirliyi saxlama müddəti ötmüş ərzaq malları aşkar edib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı
Bakının Nərimanov rayonunda;
Mayakovski küçəsi, 1934-cü məhəllədə yerləşən "Şahdağ market"də, F.Yusifov küçəsindəki "Buta market"də və "Kəpəz market"də, Orucəliyev küçəsi, ev "Q", mənzil 47 ünvanında Tamam İsmayılovaya məxsus mağazada, N.Hacıyev küçəsi, ev 7 ünvanında yerləşən "Abşeron market"də; Səbail rayonunda Badamdar qəsəbəsində Tahir Ağayevə məxsus mağazada, B.Sərdarov küçəsi, ev 8, mənzil 9 ünvanında Gülnarə Ələsgərovaya məxsus mağazada, Ə.Nəzərov küçəsindəki "Endi market"də və "Nurlan market"də;
Yasamal rayonunda;
M.Müşviq küşəsi, ev 11, mənzil 13 ünvanında yerləşən "Fidaniya market"də, Hüseyn Cavid prospektində Cəlil Məmmədova məxsus mağazada və "Rüfan market"də, Z.Xəlilov küçəsi, ev 60 ünvanında yerləşən "Xəzər market"də, Mətbuat prospekti, ev 18/7 ünvanında Ziya Abdulrzayevə məxsus mağazada, Ə.Ələkbərov küçəsində Nəsibə Əliyevaya və Elman Əliyevə məxsus mağazada; Quba rayonunda Aşağı Atuc kəndində Azər Məmmədova məxsus mağazada ümumi çəkisi 260 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB