Saxta direktorun saxta uydurmaları

Mətbuatda dərc edilən istənilən məqaləyə münasibət bildirmək, bu və yaxud digər fakta etiraz etmək bu günümüzün ən aktual hadisəsidir. Bu, təbii haldır, çünki demokratik cəmiyyətdə yaşayırıq. Fərqli münasibətin qarşılığı da yox deyil.

Redaksiyamızın qonağı olan Respublika Ağsaqqallar Şurasının üzvü Ağa Eminov da qəzetlərin birində dərc edilmiş məqaləyə etiraz etmək üçün qapımızı döymüşdü. A.Eminov "Bayraq Meydanı ətrafından köçürülənlər, onların guya aldadıldığı, kimlərinsə bu məsələdən sui-istifadə edərək para topıaması barəsində gedən yazıya etiraz edərək müqəddəs bayrağımızın Bakının ən görməli yerində ucaldılmasından əndişələnənlərin cavabını verməklə öz vətəndaşlıq borcunu yerinə yetirdiyini qeyd etdi.

Qəzetin yazdığı "faktları" sübutlarla yalana çıxaran A.Eminov Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamını onların yadına salır: "Bakı şəhərində apanlan abadılıq və quruculuq işlərinin tərkib hissəsi olaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısınm 31.05.2011-çi il tarixli, 253 saylı sərəncamına müvafiq olaraq, tarixi İpək Yolunun bir hissəsi kimi paytaxtın mərkəzi hissəsi ilə Bayıl qəsəbəsini birləşdirən, həmçinin respublikamızın cənub istiqamətinə giriş-çıxış rolunu oynayan avtomagistral yolun Avropa standartlarına uyğun şəkildə genişləndirilməsi yeni yol infrastrukturunun yaradılması və müasir mühəndis komunikasiya qurğularının quraşdırılması məqsədilə Səbail rayonu A.Quliyev küçəsi-7, və 9, Fəthi Xoşgunabı küçəsi-2, Aydin Nəsirov küçəsi 9, Elçin və Vüsal Hacıbabayevlər küçəsi 3 və 10/12 ünvanlarında mövcud olan yaşayış binalarının, eləcə də 9 məcburi köçkün ailəsinin məskunlaşdığı Hərbi Dəniz Quvvələrinə məxsus qeyri-yaşayış sahəsinin köcürülməsi zəruriliyi yaratmışdır. Köçürülmə işləri vətəndaşlara qanunveriçiliyə uyğun şəkildə notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış qaydada və Azərbaycan Respublikası Əmlək Məsələləri Dövlət Komitəsinin həmin ərəzidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi ilə bağlı 14.02.2011-çi il tarixli 110120900827 saylı məktubuna əsasən müəyyən edilmiş hər kvadrat metr üçün 1500 (bir min beş yüz) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə həyata keçirilir. Əhalinin köcürülməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış komissiyanın qərargahına müraciət etməyinizi sizdən xahiş edirik\".

A.Eminov bizimlə söhbətində bildirdi ki, məqalənin müəllifi E.Məmmədəliyev aydın şəkildə yazılmış bu sərəncamdan nəticə çıxarmaq əvəzinə şəxsiyyəti şübhə doğuran, çinayətkar kimi dəfələrlə səsi məhkəmə zalından gələn Bəxtiyar Məmmədovun tapşırığına əsasən hərəkət edir, ona "sədaqətini" nümayiş etdirməklə söhbəti cirkin niyyətlə başqa ünvana yönəldir. \"İnamla Hüqüq\" çəmiyyətinin direktoru olan B.Məmmədov köçürülmə əməliyyatından sui-istifadə etməklə guya insanlara hüquqi yardım etmək istəyir. Üzdə elə görünür ki, guya adıçıkilən direktor canıyananlıq edib köçürülən vətəndaşların haqqını qoruyur. Əslində isə ətrafına bir neçə qəzetçini də qoşub pul yığmaqla məşğuldur. Ona görə də məsləhətim budur ki, heç kim bədnam və şübhəli adamın boş hay-küyünə inanıb \"İnamla Hüqüq\" çəmiyyətinə üz tutmasın. Çünki cəmiyyətin direktoru Bəxtiyar Məmmədov 13.01.2002-çi ildə Azərbaycan Respublikası Çinayət məçəlləsinin 32 nömrə 1-çi bəndi ilə 178 nöqtə 2-çi bəndi (dələduzluq və rüşvətxorluq) ilə -27.02.2004-çu il tarixində ikinçi dəfə-178-çi maddənin 1-çi bəndi ilə; 220 maddənin 1-çi, 66-çı maddənin 2-çi bəndi: 69-çu maddənin 3-çü bəndilə; 13 avqust 2010-çu ildə-178 maddənin 3-çü bəndi dələdüzluq maddəsi ilə 8-il azadlıqdan məhrum edilib, sonradan bu şəza 3-il şərti çəza ilə əvəz edilib.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədirliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş içlasında cıxış edən dövlət başçısı bildirmişdi ki, Bakı şəhərində həm infrakstruktur, həm abadılıq işləri bundan sonra da davam etdiriləçəkdir. Bakıda reallaşan layihələr o qədər coxdur ki, onları sadalamaq üçün yəqin ki, saatlarla vaxt lazım olaçaqdir. Xüsusi ilə bir layihə - Bayraq Meydanı ilə bağlı istəyirəm fıkrimi bildirəm. Bayraq Meydanı keçəın il acıldı. Milli Bayrağımız ucaldıldı. Artıq bir ildən bir qədər cox vaxt kecir. Bayraq Meydanında indi cox böyük quruçuluq işləri aparılır. Bakı sakinləri bəlkə də bunu kənardan müşahidə edə bilirlər. Bunun da səbəbi ondan ibarətdir ki, biz Bayraq Meydanını tam hazır olandan sonra vətəndaşların üzünə acaçağıq. Hazırda Bayraq Meydanım dənizkənarı bulvar ilə birləşdirən yeni bulvar tikilir. Bu da nadir layihədir. Beləliklə bizim bulvarımızın uzunluğu əgər indi 4 kilometirdisə, Bayraq Meydanı ilə birlikdə və onu birləşdirən sahə acılından sonra yeddi kilometr uzunluğunda bir qəzinti zolağı yaradılaçaqdır. Ançaq ondan sonra da biz o zolağı, o bulvarı uzadaçağıq. Bu şəhəri daha da gözəlləşdirəçəkdir. Milli dövlətçilik simvollarımızı daha da gözəl təqdim etmək üçün imkan verəçəkdir. Şəhər sakinləri və qonaqlar üçün yeni gözəl şəraitin yaradılmasına qətirib çıxaraçaqdır. Bir sözlə planrarımız coxdur. Hər bir sahə üzrə konkret işlər aparılır. Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr icra ediləcək və artıq gələn il biz gözləyən işlərə indidən məşğul olmağa başlamalıyıq.


Bütün xəbərlər Facebook səhifəmizdə