Şirvan şəhərində Qurban bayramı qeyd olunub - FOTO

Şirvan şəhərində Qurban bayramı qeyd olunub - FOTO

Şirvan şəhərində müqəddəs Qurban bayramı qeyd olunub. SİA-nın Aran bürosunun verdiyi məlumata əsasən, Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il də 2500 nəfərdən çox ailəyə qurbanlıqlar kəsilərək ərzaq növlərindən ibarət bağlamalar hədiyyə edilib.

Şirvanda yaşayan şəhid ailələrinə, qaçqın köçkünlərə, Qarabağ, Çernobıl əlillərinə, Böyük Vətən müharibəsinin veteranlarına, kimsəsiz tənha qocalara və uşaq bağçalarına qurbanlıq heyvanlar kəsilərək verilib. İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşərək onlara ölkə başçısı İlham Əiliyevin tapşırığı əsasında hər il olduğu kimi bu ildə bayram hədiyyələrinin verildiyini bildirib.

Şəhər rəhbəri müqəddəs Qurban bayramında Şirvan sakinlərinə təbriklərini çatdıraraq ən xoş arzularını bildirib. Şəhid ailələri və veteranlar onlara göstərilən qayğıya görə, olkə başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda sakilərə bayram sovqatları paylanıb.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə