Fazil Mustafa: “Maliyyələşməni bütün partiyalara aid etmək mümkün deyil”
"Siyasi partiyaların maliyyələşməsi bu gün gündəmdə olan ən aktual məsələlərdən biridir. Bunun detalları barədə çox danışılıb, Venesiya Komissiyasının rəyi bildiriləndən sonra məsələyə münasibət açıqlanacaq". Bu barədə jurnalistlərə açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, parlamentdə təmsilçilik və seçkidə bəlli bir səs faizini tutan partiyalara dövlət maliyyəsi verilməlidir.
"Onu da qeydiyyatdan keçən bütün partiyalar aid etmək mümkün deyil. Çünki parlamentdə təmsil olunmayan, seçkidə iştirak etməyən partiyalar da var. İştirak edənlərdən də daha çox səs toplayan 5-6 partiyaya verilməsi məqəsəduyğundur", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB