Ukraynanın keçmiş baş naziri Yuli Timoşenko yeddi il həbs cəzasına məruz qala bilər. Belə ki, Hakim Rodion Kireyev tərəfindən irəli sürülən ittihamlar bunu deməyə əsas verir. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, hakimin dediyinə görə Timoşenko hakimiyyətdə olduğu dövrlərdə öz səlahiyyətlərini dəfələrlə aşıb. Xüsusilə də 2009-cu ildə Rusiya ilə bağlanmış qaz sazişində onun Ukrayna iqtisadiyyatına bil milyard yarım qrivna (187 mln. Dollar) məbləğində ziyn vurduğu məlum olub. Hakim hələlik hökm oxumasa da, prokuror Y.Timoşenkoya yeddi il həbs cəzası istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB