"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ekoloji problemlərə səbəb olur" - EKOLOQ

"Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ekoloji problemlərə səbəb olur" - EKOLOQ

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi müxtəlif problemlərə səbəb olur, o cümlədən də ekoloji problemlərə. Burada məlum olduğu kimi, Xəzər unikal təbiətə, unikal flora və faunaya malikdir. Yəni Xəzər dənizində yaşayan heyvan növləri və müəyyən bitki növləri. Burada faunada əsasən nərə balıqlarını göstərmək olar". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini Amin Məmmədov bildirib.

Onun sözlərinə görə, bu səviyyənin aşağı düşməsi balıqların populyasiyasının gələcəkdə artımını risk altına qoyur: "Çünki onlar əsasən Xəzər dənizinə tökülən çayların töküldüyü yerdə, deltalarda kürü tökürlər. Bu da səviyyənin düşməsi deltada suyun azalmasına gətirir ki, bu da o balıqların miqrasiyasını çətinləşdirir. Bu zaman onlar çoxalma, kürü tökmədə problemlərlə üzləşirlər.

Bundan başqa, Xəzər dənizinin səviyyəsinin düşməsi sahil xəttinin çəkilməsinə səbəb olur. Sahil xətti çəkiləndə on illiklərlə dəniz dibində olan torpaq üzə çıxır. Bu da artıq orada gedən proseslər hava ilə reaksiyaya gedəndə, sonra çəkilmiş dənizin altında olan torpaq müxtəlif üfunətin və digər antisanitar vəziyyətin yaranmasına səbəb ola bilər.

Eyni zamanda, bu Xəzər, unikal göl kimi, dünyanın ən böyük gölü kimi bu regionun iqlimində də rol oynayan bir su hövzəsidir. Onun suyunun azalması ümumilikdə regionun iqliminə, də burada olan iqlim proseslərinə də öz mənfi təsirini göstərə bilər. Çünki burada buxarlanma faktoru var, dənizin özünün, yəni dənizdə gedən proseslər, küləyin yaranması və s.

Ümumilikdə əsas ətraf mühitlə bağlı problemlər bunlar ola bilər".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə