Türkiyədə terror təbliğatı aparan sosial media hesabları MƏHDUDLAŞDIRILACAQ

Türkiyədə terror təbliğatı aparan sosial media hesabları MƏHDUDLAŞDIRILACAQ

Türkiyədə rəqəmsal platformalar vasitəsilə həyata keçirilən terror təbliğatı, təxribat, dezinformasiya və psixoloji "müharibə" cəhdlərinə qarşı mübarizə çərçivəsində son iki ayda 2 min 34 sosial media hesabına giriş məhdudlaşdırılıb.

SİA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X"də yazıb.

O, qeyd edib ki, əməliyyat idarənin koordinasiyası, Baş Prokurorluq və Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə Departamentinin birgə fəaliyyəti nəticəsində baş tutub.

Bildirilib ki, hesabların 699-u əsasən "Fətullahçı" Terror Təşkilatı (FETÖ) ilə əlaqəli, milli təhlükəsizliyi və ictimai birliyi hədəf alan terror və cinayət təşkilatları ilə bağlı olub. Digər 1 335 hesabın isə təxribat, dezinformasiya və psixoloji əməliyyatlar həyata keçirdiyi müəyyən edilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə