Sabah bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Sabah bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Təmir işləri ilə əlaqədar sabah Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd ounub ki, təmir işləri ilə əlaqədar olaraq aşağıdakı küçə və yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq:

- Mikayıl Əliyev küçəsi ilə Kamil Balakişiyev küçəsi arasında yerləşən avtomobil yolu – 2 sentyabr saat 09:00-dan;

- Kamil Balakişiyev küçəsinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsindən 61 nömrəli məktəbədək olan hissəsi – 2 sentyabr saat 10:00-dan;

- Xətai rayonu, Abdulla Rəhimov küçəsi – 3 sentyabr saat 08:00-dan.

Sürücülərdən təmir işləri aparıldığı müddətdə alternativ yollardan istifadə etmələri, ərazidə tətbiq edilən müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə