Kanadanın London şəhərində İslam icması mərkəzi açılıb...

Kanadanın London şəhərində İslam icması mərkəzi açılıb...

...Ötən cümə Kanadanın Ontario vilayətinin London şəhərində yerləşən Nur Bağları (Nur Qardens) Müsəlman İcma Mərkəzi açılıb.

SİA xəbər verir ki, London Free Press-in məlumatına görə, buraya namaz zalı, təhsil mərkəzi, gənclər üçün görüş və sosial məkanlar daxildir. İslam mərkəzinin tikintisi 14 il çəkib.

...Bu, həqiqətən də gerçəkləşən bir xəyaldır, - deyə onun sədri, London Səhiyyə Elmləri Mərkəzinin həkimi Dr. Nabil Sultan bildirib.

...Genişmiqyaslı layihə 2012-ci ildə Kanada Müsəlman Assosiasiyası onun üçün torpaq sahəsi aldıqda başlayıb. Daha sonra tikinti qayğıkeş fərdlərin ianələri hesabına maliyyələşdirildi.

Layihəyə ümumilikdə 14,3 milyon dollar sərmayə qoyulub. Sultanın sözlərinə görə, kanadalılar cəmi 5-10 dollardan daha böyük məbləğlərə qədər ianə ediblər.

...Minlərlə fərdi ianə gəlib və bu icma layihəsinin bu gün Londonda olması onların sayəsindədir, - deyə o bildirib. 366.000 nəfər əhalisi olan və bunların 8,5 faizi müsəlman olan bir şəhərdə yeni bir namaz məkanına çox ehtiyac var. Hazırkı məscidlər namaz qılmaq istəyənləri yerləşdirməkdə çətinlik çəkir.

Müsəlmanlar Londonda bir neçə nəsildir yaşayırlar.

İlk məscid 1950-ci illərdə burada tikilib, lakin 1961-ci ildə yanıb və üç il sonra yenidən tikilib, Ontarioda birinci, Kanadada isə ikinci məscid olub.

50 ildir Londonda yaşayan Cənub-Qərbi Ontario İslam Mərkəzinin imamı Dr. Munir Əl-Qassem ümid edir ki, Nur Bağları İslam Mərkəzi müxtəlif mənşəli insanlar arasında düşüncə, qarşılıqlı dəstək və dialoq məkanına çevriləcək. Təşkilatçılar müsəlman və qeyri-müsəlman sakinləri birləşdirməyə yönəlmiş açıq qapı günləri, dinlərarası tədbirlər və müzakirələr planlaşdırırlar.

...Qapılarımız həmişə ziyarətçilər üçün açıqdır, - deyə Nəbil Sultan vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə