Vətən Müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın övladı Mərdan Məmmədli xaricdə təhsil almaq şansı qazanıb. SİA xəbər verir ki, bu barədə Lent.az-a Mərdan Məmmədlinin özü danışıb.
O bildirib ki, Latviya və Kipr universitetlərindən qəbul alıb: "Duolingo (Duolingo English Test (DET)) üzrə 100-dən yüksək nəticə göstərmişdim. Latviyadakı TSI (Transport and Telecommunication Institute) və Kiprin "University Of Lefke" universitetlərinə qəbul almışam. Məqsədim Kiprə gedib oradan Latviyaya köçürülmə etməkdir. Qəbul aldığım ixtisas "biznes menecment"dir. Tələbə adını qazandığım üçün çox xoşbəxtəm. Mənim təhsilimdə dövlətimizin, "Oxford" rəhbərliyinin və müəllimlərimin rolu çox böyük olub. Bu baxımdan, onların hər birinə təşəkkür edirəm".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB