Amerikalı 30 yaşlı atlet Stiven Bibelhauzen bir yaşlı qızı Bleyk ilə birlikdə dünya rekordunu yeniləyib. Bibelhauzen Klivlenddə keçirilən “Guardian Mile” yarışında qızının olduğu uşaq arabasını itələyərək 1,6 km məsafəni 4 dəqiqə 17,07 saniyəyə qət edib. O, əvvəlcə tras rekordunu yeniləməyi hədəfləsə də, yarışın gedişində dünya rekordunu qıra biləcəyini anlayıb.
Bibelhauzen qızı ilə mütəmadi olaraq uşaq arabasında məşq edir. Ondan əvvəlki dünya rekordu 2025-ci ildə Saylas Frans və oğlu Otto tərəfindən 4 dəqiqə 26,29 saniyə nəticə ilə müəyyən edilmişdi. Beləliklə, Bibelhauzen əvvəlki rekordu 9,22 saniyə yaxşılaşdıraraq yeni dünya rekordunun sahibi olub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB