Sabah Qazax rayonunun bu ərazisində QAZ OLMAYACAQ

Sabah Qazax rayonunun bu ərazisində QAZ OLMAYACAQ

Qazax rayonunun Çaylı kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. SİA xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, fasilə aşkar edilmiş qazsızmaların aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar yaranacaq. Qaz təchizatı avqustun 21-də saat 10:00-dan işlər yekunlaşanadək dayandırılacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə