Gündəlik həyatda insanlar bir-birinə borc verərkən çox vaxt rəsmi müqavilə bağlamır, pulun verilməsi ilə bağlı yazılı sənəd də tərtib etmir.
Tərəflər arasında aparılan WhatsApp, Telegram və digər messencer yazışmaları isə bəzən borcun mövcudluğunu təsdiqləyən yeganə material olur.
Bəs belə yazışmalar məhkəmədə sübut kimi qəbul edilə bilərmi? Borc verən şəxs pulunu geri tələb edərkən yalnız mesajlaşmalara əsaslana bilərmi?
Məsələ ilə bağlı bank üzrə ekspert Əkrəm Həsənov SİA-ya açıqlamasında bildirib ki, istənilən yazılı sübut qəbul olunur:
“WhatsApp” yazışması və s. yazılı sübut hesab olunur. Bu barədə hətta Konstitusiya Məhkəməsi də yaxınlarda qərar qəbul etdi və bu mövqeyini təsdiqlədi.
Mülki qanuna görə, 3 000 manata qədər borc üçün yazılı müqavilə tələb olunmur, amma 3 000 manatdan yuxarı məbləğdə borc yazılı şəkildə rəsmiləşdirilməlidir. Bununla belə, yazılı müqavilə tərtib olunmayıbsa, amma başqa sübutlar varsa, onlar da qəbul olunur. Şahid ifadələri olmasa belə, digər yazılı sübutlar nəzərə alına bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB