Uşaqların aqressiv davranışlarının səbəbləri nələrdir? - PSİXOLOQ AÇIQLADI

Uşaqların aqressiv davranışlarının səbəbləri nələrdir? - PSİXOLOQ AÇIQLADI

6 yaşa qədər olan uşaqlar emosiyalarını tam ifadə etməyi öyrənmədikləri üçün bəzən qışqırmaq, vurmaq, əşyaları atmaq və ya özlərinə zərər vermək kimi aqressiv davranışlar göstərə bilərlər. Uşağın bu cür davranışları çox vaxt narahatlıq, anlaşılmamaq və ya istəklərini ifadə edə bilməməkdən qaynaqlanır. Valideynlərin bu vəziyyətlərdə göstərdikləri reaksiyalar uşağın həm davranışlarının formalaşmasında, həm də emosional tənzimlənməsində böyük rol oynayır. Uşaqların aqressiv davranışlarının səbəbləri nələrdir?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, uşaqlarda bəzən ən yanlış xüsusiyyətlərimizdən biri ondan ibarət olur ki, əsasən müraciət edən valideynlərdir:

“Bu uşaq aqressivdir, bu uşaqla bacara bilmirəm”. Çünki burada valideyn baxmır ki, uşaq niyə aqressivdir, aqressiya hansı vəziyyətdən sonra başladı, uşaq bununla nə etməyə çalışır? Ümumiyyətlə, niyə uşaq aqressiv oldu?

Təbiidir ki, çox vaxt uşaq sözlə ifadə edə bilmədiyi halda, onun hissi davranışı bunları göstərməyə başlayır. Və orada uşaq hissi davranışla, hiss və emosiya ilə hərəkət edərkən, uşaq idraki prosesin nə olduğunu bilmir. Çünki hələ o uşaqda idraki proseslər inkişaf etmədiyinə görə, uşaq intuitiv olaraq, hiss olaraq reaksiya verir.

Görürsünüz, bəzən yıxılan uşağa valideyn əl çalıb gülərkən, uşaq onun gülüşünə reaksiya verir. Valideyn isə qaçaraq üstünə getdikdə, “Vay, anam qurban, vay, nənəm qurban, vay, nə oldu bu uşağa?” dedikdə, uşaq o hissə görə anında ağlamağa başlayır.

Ona görə də bir uşağın aqressiv olma səbəbləri müxtəlifdir. Yəni qəzəb və emosiyanı idarə etmə bacarığının hələ formalaşmaması, diqqət və sevgi ehtiyacı — “Məni gör, məni istə” — digər bacı-qardaşlarına qarşı olan qısqanclıqdır.

Çünki bəzən biz görürük ki, o qısqanclığın da içərisində uşaq diqqət istəyir, uşaq söz demək istəyir. Məsələn, fərqli sosial müşahidələr edirəm, gedib sakit oturub onlara diqqətlə baxıram. Görürəm, deyir ki, “Yaxşı da, yaxşı, bu danışsın”. Bu, danışmayana qədər susmayacaq və uşaq aqressiya içərisində deyir ki, “Məni ələ salma”.

Artıq eyni zamanda uşaq burada fərdi xüsusiyyətinə aid olacaq, xarakterinin möhürünü vuracaq 18 xüsusiyyətdən birini göstərir ki, “Məni ələ salma”.

Çünki həm yaşıdlarla problem, məktəb, bağça stresi — bunların özü də sonradan gəlib uşağın danışmasına, emosiyalarını bölüşməsinə və valideyni dinləmədikdə belə aqressiyasına gətirib çıxara bilir.

O ki qaldı çox erkən aqressiv məzmunla təmasda olmağa, 6 yaşına qədər olan uşaqlarda bunların əsasən “İstədiklərimi mənə al” prinsipindən formalaşan bir düşüncə tərzi olur. Onlar düşünürlər ki, “Mən ağlasam, bunu edəcəklər”.

Və bunun da nəticəsində uşaqlarda manipulyasiya başlayır, sürətlə inkişaf edir. Sən onun ilk kiçik yaşlarından ağlayaraq etdiklərini 18-də də sənə etdirirsən, 35-də də etdirirsən. Ailə qurarkən bu davranış onun həyat yoldaşına qarşı da bu cür davam edə bilər.

Ona görə də ailə daxilində gərginlik, mübahisələr, “Uşaq ağladı, mən bunu edim” düşüncəsi ən yanlış düşüncələrdən biridir ki, biz özümüz də bilmədən onu yetişdiririk.

Ona görə də nə olursa-olsun, övladımızı dinləməkdən ötrü, hətta onları frustrasiyaya uğratmamaqdan ötrü “Yalan danışım, yat, bunu sabah sənin üçün və yaxud duranda alacağam” söyləyib almamaq və bu kimi davranışlar da aqressiyanın yaranmasına gətirib çıxara bilir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə