"Ailədə valideyn-övlad münasibətləri əvvəlki illərlə müqayisədə xeyli dəyişikliklərə məruz qalıb". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

Onun sözlərinə görə, bu dəyişikliklər ailə daxilində valideyn-övlad münasibətlərinin yeni təzahürləri ilə diqqət çəkməkdədir:
"Valideyn-övlad münasibətlərində əvvəlki dövrlərlə müqayisədə dəyişikliklərə məruz qalmış məqamlardan biri kimi valideyn nüfuzunu qeyd edərdim. Əvvəlki Azərbaycan ailə modelində valideyn nüfuzu ailədə qeyri-şərtsiz qəbul olunurdu və veriləcək hər hansı bir qərar, planlaşdırma, nəticəyə hesablanmış fəaliyyətlər daha çox valideyn nüfuzu ilə qərarlaşırdı. Amma müasir dövrdə övladların seçiminə diqqətlə yanaşılması müsbət hal kimi qiymətləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB