Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Skautlar Assosiasiyasının dəstəyi ilə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına həsr edilən təlimlərə başlanılıb. Belə ki, "Rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin qorunması" mövzusunda təlimlərin ilk tədbiri Xocavənd rayonunun Hadrut qəsəbəsində təşkil olunub. Qeyd olunub ki, təlim qəsəbədə məskunlaşan ailələrin uşaqları üçün keçirilib.
Tədbirdə uşaqlara internetdən və sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları izah olunub, şəxsi məlumatların, parolların və fotoşəkillərin tanımadıqları şəxslərlə paylaşılmasının yarada biləcəyi risklər barədə məlumat verilib. Həmçinin kibertəhlükələr, kiberzorakılıq, saxta hesablar və şübhəli keçidlərdən qorunma, internetdə tanış olduqları şəxslərlə ünsiyyət zamanı diqqətli davranmağın vacibliyi barədə maarifləndirici söhbətlər aparılıb. Uşaqlara rəqəmsal mühitdə qarşılaşdıqları təhlükəli və ya narahatedici hallarda valideynlərinə, müəllimlərinə və digər etibarlı böyüklərə müraciət etməyin vacibliyi çatdırılıb.
Təlim zamanı uşaqların internetdən daha faydalı və səmərəli istifadə etmələri, rəqəmsal savadlılıqlarının artırılması və sağlam onlayn davranış vərdişlərinin formalaşdırılması istiqamətində praktiki tövsiyələr verilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB