5 gün əvvəl yol qəzasında xəsarət alan yeniyetmə xəstəxanada ölüb

5 gün əvvəl yol qəzasında xəsarət alan yeniyetmə xəstəxanada ölüb

Zaqatalada 5 gün əvvəl yol qəzasında ağır xəsarət alan yeniyetmə xəstəxanada vəfat edib.

SİA APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan rayonun Muxax kənd sakini 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov həkimlərin səyinə baxmayaraq, bu gün gönorta saatlarında vəfat edib.

Qeyd edək ki, avqustun 14-ü gecə saat 02:00 radələrində Zaqatala şəhər sakini, 17 yaşlı Məhərrəm Rasim oğlu Ramazanovun idarə etdiyi “Lada Priora” markalı minik avtomobili ilə Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılmışdı. Qəza nəticəsində sürücü M. Ramazanov, həmçinin avtomobildə olan sərnişinlər – Muxax kənd sakinləri - 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov, 17 yaşlı Sənan Kamil oğlu Şabanov və 22 yaşlı Qismət Hikmət oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə