Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu gecə 22-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə