Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (4 kişi, 2 qadın) 14 avqust tarixində saat 11.00 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TƏBİB-dən bildirilib.
...Yaralılara bədənin müxtəlif nahiyələrin yumşaq toxumalarının əzilməsi və əzilmiş, cırılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıb.
Məlumatda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB