Avtobus zolağını kəsərək hərəkət edən avtomobillərə qarşı nəzarət niyə yetərli deyil?
Avtobus zolağından istifadəyə görə tətbiq olunan cərimə kifayət qədər ciddidir. Hazırda bu qayda pozuntusuna görə sürücülər 100 manat məbləğində cərimə olunur və 3 bal hesablanır.
Bu sözləri SİA-ya Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, cərimələrin sərt olması ilə yanaşı, avtobus zolaqlarının özlərinin düzgün təşkil edilmədiyi hallar da mövcuddur. Ekspert hesab edir ki, bəzi ərazilərdə zolaqların konfiqurasiyası, giriş-çıxış məsafələri və nişanlanması sürücülər üçün əlavə çətinlik yarada bilər.
Ekspertin fikrincə, avtobus zolaqlarına giriş-çıxışların düzgün və təhlükəsiz şəkildə təşkil olunması vacibdir. Bununla yanaşı, kobud qayda pozuntularına yol verən sürücülər üçün mövcud cərimələr kifayət qədər ciddi profilaktik tədbirdir.
Aslan Əsədov qeyd edib ki, əsas məsələ yalnız cərimələrin artırılması deyil, həm də avtobus zolaqlarının düzgün layihələndirilməsi və sürücülərin bu qaydalar barədə aydın məlumatlandırılmasıdır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB