Bu gün küçələrdə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Bu gün küçələrdə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Aparılacaq təmir işləri ilə əlaqədar avqustun 14-dən etibarən Bakının bir sıra küçələrinin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. SİA xəbər verir ki, məhdudiyyət saat 08:00-dan tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq. Məhdudiyyət aşağıdakı küçələrin qeyd olunan hissələrini əhatə edəcək:

- Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;

- Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;

- Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;

- Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;

- Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;

- Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;

- Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;

- İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.

Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə