Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb.

SİA-nın APA-dan əldə etdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 ədəd psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşı – 1975-ci il təvəllüdlü Ağapur Hüseyn Novruz saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə