Bloggerlik gənclərin təhsilə, peşə seçiminə və cəmiyyətin gələcəyinə necə təsir edir? - ŞƏRH
Müasir dövrdə blogerlik gənclər və xüsusilə yeniyetmələr arasında çox geniş yayılıb. Bəs sosial media üzərindən əldə olunan qazanc gənclərin təhsilə, peşə seçiminə və cəmiyyətin gələcəyinə necə təsir edir?
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, əlbəttə bloqçuluğun müsbət və mənfi tərəfləri çoxdur:
“Müsbət tərəfləri odur ki, həmin bloqer özü də araşdırma ilə məşğul olur, yenilikləri araşdırır, tapır və həm sosial mediadan istifadə edərək, həmçinin öz maraqlarına dair işlərdə iştirak edərək müəyyən qazanc əldə edə bilir.
Amma onu da demək istəyirəm ki, əlbəttə, bu, insanın şəxsi seçimlərinə bağlı olmalıdır. Çünki elə uşaqlar var ki, onların təhsilə marağı yoxdur və yaxud da təhsil almaq üçün kifayət qədər potensialları yoxdur. O zaman, əlbəttə ki, bu seçim dəstəklənməlidir, onlara bu işdə yardım edilməlidir.
Amma hər adam blogger ola bilərmi? Əlbəttə ki, yox. Bloqçuluğun özü də bir bacarıq və xüsusi istedad tələb edir. Mən düşünürəm ki, hamı eyni yolla gedə bilmədiyi kimi, hər kəs də blogger ola bilməz”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB