Bu ilin yanvar-iyul aylarında əlillik təyin olunanların sayı açıqlanıb

Bu ilin yanvar-iyul aylarında əlillik təyin olunanların sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 30,2 min şəxsə əlillik təyin edilib.

Bu barədə SİA-ya Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 12,8 min şəxsə ilkin, 17,4 min şəxsə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə