Lənkəranda itkin kimi axtarılan iki nəfərin meşədə meyiti tapılıb

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meşədə meyiti tapılıb

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Bir həftədir ailə üzvləri tərəfindən axtarılan - 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.

Hazırda ölüm səbəbləri araşdırılır.

Meyiti tapılan şəxslərin əminəvəsi olduqları bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə