Beyin sağlamlığını qorumaq üçün gündəlik qidalanmada hansı məhsullara üstünlük verilməlidir? - AÇIQLANDI

Beyin sağlamlığını qorumaq üçün gündəlik qidalanmada hansı məhsullara üstünlük verilməlidir? - AÇIQLANDI

Beyin funksiyalarını, yaddaşı və koqnitiv qabiliyyətləri qorumaq üçün antioksidant larla, omeqa 3 yağ turşuları ilə zəngin qidalara üstünlük verməliyik. Əksinə beyində iltihablanmaya, damar tutulmalarına səbəb olan trans yağlar, rafinə olunmuş şəkər və həddindən artıq işlənmiş qidalar maksimum dərəcədə azaldılmalıdır.

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Asim Vəliyev deyib.


O bildirib ki, beynimiz bədən kütləsinin cəmi 2 faizini təşkil etsə də orqanizmin enerjisinin təxminən 20 faizini sərf edir. Beyin toxuması yağ turşularından zəngindir və oksidləşdirici stresə kəskin həssasdır:

“Yuxarıda da qeyd etdiyimiz kimi omeqa 3 yağları beyin üçün çox faydalıdır. Omeqa 3 neyronlararası əlaqəni gücləndirir və yaddaş itkisi riskini azaldır.

Qarağat, çiyələk kimi tünd giləmeyvələrin tərkibindəki flavanoidlər və antosianlar beyin hüceyrələrinin qocalmasının qarşısını alır. Qoz xüsusilə alfa-linolenik turşusu və E vitamini ilə zəngindir. E vitamini hüceyrə zərlərini sərbəst radikalların zədələməsindən qoruyur.

İspanaq, brokkoli, kələm K vitamini, lyutein, fol turşusu və beta-karotin kimi neyroprotektiv maddələrlə zəngindir. Marqarinlər, hazır şirniyyatlar, fast-food neyron zərlərinə zərər verir, damar sərtliyi yaradır və beyin iltihabına zəmin yaradır. Rafinə olunmuş şəkər və yüksək fruktozalı qarğıdalı siropu da beyin üçün zərərli təsirə malikdir. İşlənmiş ət məhsullarının tərkibindəki nitritlər, nitratlar və yüksək miqdarda natrium neyrovasikulyar sistemi zədələyir.

Əgər qablaşdırılmış məhsul alırıqsa, etiketdə hidrogenləşdirilmiş yağ, ya qismən hidrogenləşdirilmiş yağ sözlərini görsək almasaq yaxşı olar. Tünd şokolad alarkən tərkibindəki kakao nisbətinin minimum 70-85 faiz olmasına və ilk sıradakı tərkib hissəsinin şəkər deyil, kakao kütləsi olmasına diqqət yetirməliyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə