Türkiyədə meşə yanğınlarına görə 9 nəfər həbs edilib

Türkiyədə meşə yanğınlarına görə 9 nəfər həbs edilib

Türkiyədə iyunun 1-dən etibarən baş verən və hüquqi araşdırmaya cəlb olunan 52 meşə yanğını ilə bağlı 34 şübhəli müəyyən edilib. SİA xəbər verir ki, barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, araşdırmalar çərçivəsində müəyyən edilən şübhəlilərdən 9-u həbs edilib, 14 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.

A. Gürlek bildirib ki, "Yaşıl Vətən"i təhdid edən meşə yanğınlarının başvermə səbəbləri və şübhəli şəxslər hərtərəfli araşdırılır: "Türkiyə İstintaq işləri Təbii Fəlakətlər və Qəzalar Departamentinin nəzarəti, Respublika Baş Prokurorluqları və aidiyyəti qurumların koordinasiyası ilə həyata keçirilir".

Nazir qeyd edib ki, meşə yanğınları həm qəsdən törədilmə, həm də səhlənkarlıq və ehtiyatsızlıq ehtimalları baxımından diqqətlə araşdırılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə