Hazırda şirkətlər üçün diplomun rolu təxminən 5–10 faiz təşkil edir. Əsas meyar isə namizədin təcrübəsi və bacarıqlarıdır. Məhz bu amillər işə qəbul prosesində daha çox üstünlük qazanır. Buna görə də gənclər təhsil aldıqları müddətdə həm peşəkar təcrübələrini artırmalı, həm də bacarıqlarını davamlı şəkildə inkişaf etdirməlidirlər.
Bu sözləri SİA-ya açıqlamasında İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə deyib.

O bildirib ki, işəgötürənlər xüsusilə punktuallıq, sürətli qavrama, çevik öyrənmə kimi yumşaq bacarıqlara (soft skills) üstünlük verirlər. Bu bacarıqlar əmək bazarında rəqabət qabiliyyətini artıran əsas amillərdəndir:
“Gənclər universitet illərində əmək bazarına hazırlaşmaq üçün müxtəlif təcrübə proqramlarına qoşula, ixtisasları üzrə çalışmaq istədikləri sahədə ilkin iş təcrübəsi qazana, peşəkar təlim və kurslarda iştirak edərək bilik və bacarıqlarını təkmilləşdirə bilərlər. Əgər tələbə universitetdə oxuduğu dörd il ərzində öz üzərində sistemli şəkildə işləyər və bu imkanlardan yararlanarsa, məzun olduqdan sonra iş tapması və karyeraya başlaması daha asan olacaq”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB