Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb

Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb

Dünən axşam saat 21:00-da hərəkətə başlamalı olan Tiflis-Bakı qatarı 54 dəqiqə gecikmə ilə yola düşüb. Bu barədə Report-un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb Tiflis Dəmiryol Vağzalında elektrik enerjisi təchizatında problemin yaranması olub.

"Bundan bir neçə gün əvvəl də Gürcüstanda elektrik enerjisi böhranı səbəbindən Bakı-Tiflis qatarı Tiflis Dəmiryol Vağzalına 2 saat 30 dəqiqə gecikmə ilə çatmışdı", - məlumatda qeyd olunub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə