Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.
Bəs bu qərar gələcəkdə ictimai nəqliyyatda gedişhaqqının artırılmasına səbəb ola bilərmi?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, nəqliyyatın idarə edilməsində subsidiyaların rolunu nəzərə almalıyıq:
“Dövlət büdcəsindən maliyyələşən təşkilatlar arasında subsidiyalaşdırmanın əsas məqsədi bu proseslərin sürətləndirilməsinə və sərnişin daşımalarının daha səmərəli təşkilinə xidmət etməkdir.
Lakin məsafədən asılı olaraq gediş haqlarının subsidiyalaşdırılmasından daha çox, yeni nəqliyyat vasitələrinin istifadəyə verilməsinə ehtiyac var.
Məsələn, tramvayların və trolleybusların ölkəyə gətirilərək istifadəyə verilməsi, həmçinin vətəndaşlar üçün daha əlçatan və müasir nəqliyyat infrastrukturunun qurulması vacibdir.
Bu gün subsidiyalar alternativ həll kimi müəyyən müddət üçün tətbiq oluna bilər. Ancaq uzunmüddətli perspektivdə əsas diqqət müasir nəqliyyat sisteminin inkişafına yönəldilməlidir. Bu amillər nəzərə alınarsa, vətəndaşlar daha keyfiyyətli və rahat sərnişindaşıma xidmətlərindən istifadə edə biləcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB