Qanuni cəhətdən haqlı olmaq hərəkətlərin və ya tələblərin qanuna uyğun olması, hüquqların pozulmaması və rəsmi qaydalarla təsdiqlənməsidir. Bu o deməkdir ki, sənin hərəkətin qanunvericiliklə qorunur və dövlət tərəfindən düzgün qəbul edilir.
Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

O bildirib ki, qanuni (ərəbcədən) sifəti, əsas mənası qanuna uyğun, qanuna əsaslanan və qanunla icazə verilən deməkdir. Bu söz, bir hərəkətin, vəziyyətin və ya davranışın mövcud qanunvericiliyə tam şəkildə uyğun olduğunu, qanun tərəfindən təsdiq olunduğunu və ya qadağan olunmadığını bildirir. Yəni, qanuni olan hər şey qanun çərçivəsində qalır və qanun pozuntusuna səbəb olmur:
“Qanuni anlayışı, hüquqi sistemlərin əsasını təşkil edir. Hər hansı bir cəmiyyətin sabitliyi və nizamı, əhalinin qanunlara riayət etməsindən, qanuni hərəkətlər etməsindən çox asılıdır. Qanuni olmaq, həm fərdi məsuliyyəti, həm də sosial vəzifəni özündə ehtiva edir. Qanunu bilmək və ona uyğun yaşamaq hər bir vətəndaşın vəzifəsidir.
İstənilən hüquq pozuntusu həmişə insanın daimi iradə və ağlının nəzarəti altında olan müəyyən əməl kimi təzahür edir. Bu, iradi, şüurlu əməldir. Həmin əməl insanın hərəkətində və ya hərəkətsizliyində ifadə olunur. İnsan xasiyyətinin müxtəlif cəhətlərinə, onun təfəkkür tərzinə, fikirlərinə və yaxud şəxsi keyfiyyətlərinə, eləcə də düşüncə tərzinə hüquq pozuntusunun əlamətləri qismində baxıla bilməz. İnsan fikir və düşüncə tərzinə görə deyil, törətdiyi konkret əmələ görə hüquqi məsuliyyət daşıya bilər.
Lakin əgər insanın müəyyən daxili niyyətləri konkret hüquqazidd hərəkətlərdə və ya hərəkətsizlikdə təzahür edərsə, bu zaman hüquqi nəticələrin meydana çıxması labüd xarakter alır və insanın öz hərəkət və ya hərəkətsizliyi üçün cavab vermək öhdəliyi yaranır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB