“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsinin qalibi olaraq “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasına başlayıb.
Bu barədə CASCFEN-in Mətbuat xidmətindən məlumat veriib.
Bildirilib ki, layihə Türk dünyasının həm tarixi-mədəni köklərini, həm hərbi-siyasi birliyini, həm də müasir strateji əməkdaşlıq istiqamətlərini bir platformada Türk dünyası ictimaiyyətinə, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaq məqsədi daşıyır.
Məlumatda deyilir ki, 1 avqust-31 oktaybr 2026-cı il tarixləri arasında icra ediləcək layihə iki önəmli tarixə həsr edilib: “Bu il həm Şuşa Bəyannaməsinin imzalanmasının, həm də Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin 5-ci ildönümüdür. Layihə çərçivəsində bu iki tarixi hadisə ilə bağlı 10 mövzu üzrə müsahibələr, 3 internet tv verilişi hazırlanacaq, “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” başlığı altında rəsm müsabiqəsi keçiriləcək. Layihənin yekunu olaraq isə Bakıda eyni adlı beynəlxalq konfrans keçiriləcək.
Qeyd edək ki, mediada dərc ediləcək mövzular üzrə müsahibələr əməkdaşlığın bütün sahələrini əhatə edəcək. Həm Azərbaycandan, həm də digər türk dövlətlərindən olan ictimai fəallardan, tanınmış şəxslərdən və elm adamlarından (hər mövzu üzrə iki nəfər olmaqla) müsahibələr götürüləcək.
İnternet TV verilişləri də Türk dünyasının inteqrasiyasına xidmət edən aktual mövzulara həsr ediləcək.
Rəsm müsabiqəsinin elanı və qaydalar isə yaxın 2-3 gün ərzində mediada və sosial şəbəkələrdə yayımlanacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB