Anar Bağırov vətəndaş qəbulu keçirib

Anar Bağırov vətəndaş qəbulu keçirib

Vəkillər Kollegiyasının sədri Anar Bağırov vətəndaş qəbulu keçirib.

Bu barədə SİA-ya Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, kollegiyanın inzibati binasında təşkil olunan qəbul zamanı vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlər hərtərəfli araşdırılıb və hər bir müraciət ayrıca qeydə alınıb.

Qəbul çərçivəsində vətəndaşların üzləşdiyi hüquqi problemlərin həlli istiqamətində ətraflı müzakirələr aparılıb, onlara mövcud qanunvericiliyin tələblərinə uyğun hüquqi izahlar, praktiki tövsiyələr və zəruri məsləhətlər verilib.

Eyni zamanda operativ həlli mümkün olan müraciətlər üzrə müvafiq tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək, aidiyyəti üzrə zəruri tədbirlərin görüləcəyi nəzərə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə