Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin 2026-cı il ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün 74,9 milyon manat vəsait ayrılıb. SİA-nın məlumatına görə, işlərin görülməsi üçün ANAMA 5 şirkətlə müqavilə imzalayıb. Bu şirkətlər "Safe Point" QSC, "Qaya Safety Solutions", "Delta Clearing Solutions", "AlphaDemining" və "Azerbaijan Demining Company" MMC-lərdir. Müqavilələrin hər birinin dəyəri 14 milyon 995 min 204 manatdır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB