Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında Göygöl rayonunda fəaliyyət göstərən heyvan bazarında yenidənqurma işləri yekun mərhələyə çatıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, hazırda bazarın ərazisində yolun asfaltlanması, heyvanların saxlanma məntəqələrinin təşkili və dezbaryerlərin quraşdırılması kimi əsas infrastruktur işləri tamamlanıb. Bazarda iri və xırdabuynuzlu heyvanların ayrı-ayrı sahələrdə saxlanılması üçün məntəqələr tikilib.
Bazarın açılması üçün agentliyə müraciət edilib. Yaxın günlərdə Göygöl və daha bir neçə infrastruktur işləri həyata keçirilən heyvan bazarlarının yenidən fəaliyyətə başlaması ilə bağlı müvafiq qərarlar veriləcək.
Daha ətraflı məlumatı linkdən almaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB