"Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər artıq strateji səviyyəyə gəlib çatıb. Yəni iki ölkə arasında olan diplomatik münasibətlər daha da dərinləşərək strateji müttəfiqlik səviyyəsinə keçib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana böyük iş adamları vasitəsilə ciddi investisiyalar yatırır və xüsusilə Qarabağ bölgəsində də bu səviyyədə sərmayələr həyata keçirilir: "COP-29 çərçivəsində yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və ortaq layihələr işlənib. Eyni zamanda, Azərbaycanın yaşıl enerji potensialı ilə bağlı yeni təşəbbüsləri də gündəmə gəlib və bu istiqamətdə hazırda ciddi işlər görülür.
Siyasi və regional baxımdan da Azərbaycan Körfəz ölkələri ilə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri genişləndirmək kursu tutur. İqtisadi və siyasi əlaqələrin gücləndirilməsi bu strategiyanın əsasını təşkil edir. Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyi ilə Azərbaycan rəhbərliyi arasında da yaxın və etibarlı münasibətlər mövcuddur. Bu da gələcək birgə layihələrin icrası üçün zəmin yaradır.
Strateji əməkdaşlıq çərçivəsində nəzərdə tutulan layihələrin əsas məqsədi iqtisadi əlaqələri daha da gücləndirməkdir. Çünki qoyulan hər bir investisiya iki ölkə arasında qarşılıqlı öhdəlikləri formalaşdırır və bu da münasibətləri daha da möhkəmləndirir. İki ölkə başçısı arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olması da bu əməkdaşlığa əlavə müsbət təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB