“TƏBİB-in tabeliyindəki 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində və Respublika Dəri-Zöhrəvi Mərkəzində ümumilikdə 849 nəfər ixtioz, 103 nəfər isə bullyoz epidermoliz xəstəsi dispanser qeydiyyatındadır”.
SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
“2025-ci ildən etibarən icbari tibbi sığorta tərəfindən ixtioz və bullyoz epidermoliz xəstəliklərinin dərman, sarğı və baxım materialları ilə təminatına başlanıb. Yaraların sağalma müddətinin qısalmasına, ağrı və infeksiya riskinin azalmasına, eyni zamanda gündəlik həyat keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verən kifayət qədər dəyəri yüksək olan “Filsuvez” preparatının tətbiqinə başlanılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB