“Dağınıq skleroz xəstələri yeni nəsil preparatlarla təmin olunur” - Vüqar Qurbanov

“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və xəstəliklə mübarizə tədbirləri üzrə reyestrdə 2707 nəfər xəstə qeydiyyata alınıb”.

SİA xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. O qeyd edib ki, tibb elminin inkişafı və müasir müalicə yanaşmalarının genişlənməsi nəticəsində dağınıq skleroz xəstələrinin daha effektiv müalicəsi üçün yeni nəsil preparatlara ehtiyac yaranır və bu tələbat dövlət proqramı çərçivəsində təmin olunur:

“Proqram çərçivəsində dağınıq sklerozun müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələri və digər dərman preparatları xəstələrə təqdim olunur”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə