YAP Gənclər Birliyi hesabat verib

Dekabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin iclası keçirilib.

SİA-nın məlumatına görə, YAP-dan bildirilib ki, iclasda 2025-ci il üzrə həyata keçirilən işlər və qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə edilib.

Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gənclərin ictimai-siyasi fəallığının artırılması, intellektual və təşəbbüskarlıq potensialının üzə çıxarılması məqsədilə il ərzində müxtəlif layihə və tədbirlərin həyata keçirildiyini bildirib. İclasda il ərzində təşkilat tərəfindən görülən işlər yüksək qiymətləndirilib, Birliyin qarşıdakı 6 aylıq fəaliyyəti çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparılıb. YAP Gənclər Birliyi üzvlərinin təşkilatın fəaliyyətində daha yaxından iştirakının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülüb və müvafiq qərarlar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə