Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Astara rayonunun Şiyəkəran kəndində fiziki şəxs Aynura Hacıhüseyn qızı Bağırovaya məxsus “Dolu” marketdə keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, marketdə yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları və mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, istehlaka yararsız məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, mənşəyi məlum olmayan saxta alkoqollu içkilər araşdırılması üçün aidiyyəti orqana göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB